BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı “TikTok” platformasının davamlı olaraq qlobal icması arasında davamlılıq mövzusunda məlumatlılığı artırmaq və iqlim savadlılığını yüksəltmək öhdəliyinə sadiq olduğu qeyd edilib.
Bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin bir hissəsi olaraq və Azərbaycanda keçirilən COP29 konfransı çərçivəsində “TikTok” #ClimateAction 2024 kampaniyasına start verib.
Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:20 / 19.11.2024
Teymur Musayev COP29-da “TikTok”un vitse-prezidenti ilə GÖRÜŞDÜ
Hazırda oxunan: Teymur Musayev COP29-da “TikTok”un vitse-prezidenti ilə GÖRÜŞDÜ
Hazırda oxunan: Teymur Musayev COP29-da “TikTok”un vitse-prezidenti ilə GÖRÜŞDÜ
221409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.