Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Böyük Britaniyanın enerji naziri Ed Milibend və ABŞ-ın enerji katibinin müavini David Turk nüvə reaktorları üzrə çoxtərəfli tədqiqat sazişi imzalayıblar.
Bizim.Media Britaniya hökumətinə istinadən xəbər verir ki, saziş dünya üzrə aparıcı akademik institutlar və nüvə texnologiyaları üzrə innovatorlar da daxil olmaqla, milyardlarla funt-sterlinq dəyərində nüvə tədqiqat və inkişaf resurslarını bir araya gətirəcək.
Məqsəd qabaqcıl nüvə texnologiyaları haqqında məlumat mübadiləsini dəstəkləmək və bu texnologiyaların 2030-cu ilədək sənayedə tətbiqini təmin etməkdir.
Yeni saziş 2025-ci il martın 1-dən qüvvəyə minəcək və həmçinin Kanada, Fransa, Yaponiya, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Çin, İsveçrə və Avstraliya tərəfindən imzalanacağı gözlənilir.
Bizim.Media