COP29-da qadınların qarşılaşdığı özünəməxsus çətinliklər müzakirə olundu

COP29-da qadınların qarşılaşdığı özünəməxsus çətinliklər müzakirə olundu

Hazırda oxunan: COP29-da qadınların qarşılaşdığı özünəməxsus çətinliklər müzakirə olundu

221074

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) yeddinci günündə Yaşıl Zonada "Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları" adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin moderatorluğu ilə baş tutub.
 

Tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş yaradan aparıcı qadın alimlər, mütəxəssislər və müvafiq sahələr üzrə ekspertlərdən ibarət qadın iqlim liderləri bir araya gəliblər.


Bu qadın liderlər öz ilhamverici işləri və innovativ həllərini, eyni zamanda, gender bərabərliyinin iqlim dayanıqlılığı ilə necə əlaqəli olduğu barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə iqlim sahəsində qadınların qarşılaşdığı özünəməxsus çətinliklər və imkanlar müzakirə olunub, həmçinin onların dayanıqlı gələcəyin qurulmasında oynadıqları həyati rol vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO