COP29-da süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı roldan DANIŞILDI - FOTO

COP29-da süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı roldan DANIŞILDI - FOTO

Hazırda oxunan: COP29-da süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı roldan DANIŞILDI - FOTO

221020

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində “Süni intellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel müzakirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, panel müzakirəsində süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı əsas rol və texnoloji proqnozlaşdırmanın iqtisadiyyatların dayanıqlılığına təsiri müzakirə olunub.

Spikerlər süni intellektin resursların optimallaşdırılması, iqtisadi böhranların proqnozlaşdırılması və sənayelərin yenidən qurulmasında göstərdiyi təsirə xüsusi diqqət ayırıblar.
 

“AKSA Enerji” şirkətinin İdarə Heyətinin üzvü İlkay Demirdağın moderatoru olduğu sessiyada 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Dünya İqtisadi Forumunun Qlobal Əməkdaşlıq Kəndi platformasının prezidenti Çieh Huanq, “Google” şirkətinin İnkişaf Mərkəzləri üzrə Hökumət Əlaqələri və İctimai Siyasət Meneceri Olqa Skoroxodova və İsrailin İnnovasiya İdarəsinin Beynəlxalq şöbəsinin vitse-prezidenti Şlomi Kofman spiker qismində çıxış ediblər.


Sessiyada, həmçinin süni intellektin məsuliyyətli və dayanıqlı şəkildə inteqrasiyasını təmin etmək üçün zəruri olan çərçivələr müzakirə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO