Bu gün COP tarixində ilk dəfə Rəqəmsallaşma Günü qeyd olunub.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Adaptasiya üzrə direktoru və COP29 Baş danışıqçısının müavini Samir Becanov media üçün keçirilən brifinqdə deyib.
O, həmçinin, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı haqqında danışıb:
"Bu proqram onu imzalayanları rəqəmsal alətlərdən iqlim tədbirləri üçün istifadə etməyə, rəqəmsal infrastruktura iqlim davamlılığını daxil etməyə və rəqəmsallaşmanın ekoloji təsirini azaltmağa çağırır. Proqram artıq 90-dan çox hökumət tərəfindən dəstəklənib".
Günay Şahmar, Bizim.Media