ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29 sessiyasının altıncı günündə konfransda iştirak edib.
Bizim.Media xəbər verir ki, səfir ikitərəfli görüşlərin keçirilməsi üçün nəzərdə tutulan zala keçib.
Xatırladaq ki, Bakının ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Konfransda 190 ölkədən minlərlə nümayəndə iştirak edir.
Günay Şahmar, Bizim.Media