COP29-da Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ

COP29-da Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: COP29-da Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi MÜZAKİRƏ EDİLDİ

220720

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermorla görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə qarşılıqlı strateji iqtisadi münasibətlərin intensiv inkişafından məmnunluq ifadə edilib.
 

Böyük Britaniya ilə ticarət, investisiya və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.


Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən yaşıl layihələr yüksək qiymətləndirilib.

Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO