“Mən Azərbaycanda ilk dəfədir ki oluram. Hələki gəzməyə fürsətim olmayıb. İnanmırdım ki, təşkilatçılıq belə möhtəşəm qurulacaq”
Bu sözləri Bizim.Media-ya açıqlamasında Qırğızıstandan olan qonaq Damira Abdıybekova deyib. Onun sözlərinə görə COP29-la bağlı keçirilən tədbir o qədər izdihamlı və rəngarəng idi ki, öz milli adət-ənənəmizi burada təbliğ etmək imkanı olmayıb:
“Mən ölkəmizin adət-ənənələrini taxtada və parçada həkk edilən əl işlərimlə təbliğ edirəm. Məqsədim də elə odur ki, bu tədbirdə adət-ənənəmizi insanlara göstərim”.
Günay Şahmar, Bizim.Media