COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlandı - FOTO

COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlandı - FOTO

Hazırda oxunan: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlandı - FOTO

220687

Azərbaycanda COP29 çərçivəsində Solomon adaları sahillərində dünyanın ən böyük mərcanının tapılması ilə bağlı elanın dərci Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, qardaş ölkənin media strukturları “National Geographic” nəşrinin dəniz bioloqlarının Sakit okeanda tapılan mərcanın yaşının 300 ildən çox, ölçüsünün isə “mavi balina” uzunluğuna çatması ilə bağlı hesablamalarına diqqət çəkib.

“Mərcanın eni 34 metrdir ki, bu da beş tennis kortu ilə müqayisə edilə bilər. Onun diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. Belə iri mərcanların çoxalma potensialı var ki, bu da onları qlobal istiləşmə şəraitində dağılan qayaların bərpasında mühüm elementə çevirir”.

Tədqiqatçılar mərcanın sağlam göründüyünü və canlı rənglərə malik olduğunu bildiriblər.

Solomon adalarının ətraf mühit naziri Trevor Manemahaqa deyib: “Biz istəyirik ki, dünya bizim ölkənin xüsusi bir bölgədə yerləşdiyini başa düşsün”.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO