“Konfransın nə qədər yaxşı təşkil olunduğuna heyran qalmışam. Burada çox xoş qarşılanmışam. Çox sayda mehriban və yardımsevər könüllülər var, ona görə səmimi bir atmosfer hiss olunur".
Bu sözləri Bizim.Media-ya açıqlamasında COP29 konfransında iştirak edən Münhen iqlim Sığortası təşəbbüs qrupunun rəhbəri Svenja Surminski deyib.
Azərbaycanda ilk dəfə olduğunu deyən almaniyalı qonaq konfransda verilən qərarların bütün dünya ölkələri üçün əhəmiyyətli olacağını bildirib:
"Ölkəni daha çox görməyi və mədəniyyətini daha çox öyrənməyə ümid edirəm. Su və su qıtlığı kimi bəzi problemlər üzərində işləmişəm, bu da Azərbaycan üçün böyük bir problemdir. Eyni zamanda, fosil yanacaqlardan keçid məsələsi ilə bağlı da çətinliklər var, bu baxımdan Azərbaycan vacib bir tərəfdaşdır. Paris Sazişi öhdəliklərimizi irəli aparmaq tamamilə vacibdir.
Həqiqətən ümid edirəm ki, ölkələr razılığa gələ biləcəklər və qoyduğumuz məqsədləri qoruyacaqlar, çünki bu, bütünlükdə ambisiyanı qorumaq, öhdəliklərimizi yerinə yetirmək və onları həyata keçirmək haqqındadır. COP, həmçinin özəl sektora investisiya qoymaq üçün düzgün siqnal verməlidir. COP-un verə biləcəyi çox vacib bir siqnaldır. Bu, böyük bir çağırış və böyük bir vəzifədir, və nəticələri görməyi səbirsizliklə gözləyirəm".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
17:19 / 14.11.2024
“COP29-un təşkilatçılığına heyran qalmışam”- Almaniyalı qonaq
Hazırda oxunan: “COP29-un təşkilatçılığına heyran qalmışam”- Almaniyalı qonaq
Hazırda oxunan: “COP29-un təşkilatçılığına heyran qalmışam”- Almaniyalı qonaq
220685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.