COP29 iştirakçılarının neçə nəfəri media nümayəndəsidir?

COP29 iştirakçılarının neçə nəfəri media nümayəndəsidir?

Hazırda oxunan: COP29 iştirakçılarının neçə nəfəri media nümayəndəsidir?

220675

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda dünyanın diqqət mərkəzində duran əsas hadisələr sırasındadır. Beynəlxalq tədbiri öz mətbu orqanlarında işıqlandırmaq üçün dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri Bakı şəhərindədir və 70 mindən çox tədbir iştirakçısının 3618 nəfəri media mənsubudur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat COP29-un gündəlik mətbuat konfransında verilib.

Qeyd edilib ki, iştirakçıların növbəti böyük qismini isə beynəlxalq müşahidəçilər (13 min 275 nəfər) təşkil edir. İştirakçı tərəflərin rəsmi təmsilçilərinin sayı isə 35 min nəfərə yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO