BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əsas vəzifə bütün tərəflər üçün lazımi şəraiti yaratmaq eləcə də bu məsələlərdə naviqator rolunu oynamaqdır.
Bizim.Media xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələ ki konfrans çərçivəsində alınan qərarlarda hansısa rəqəmlər haqqında danışmaq tezdir.
“Proseslər başlayıb, gərgin danışıqlar davam edir. Hələ ki, bütün tərəflər aktiv iştirak edir. Öz mövqelərini bir-birilərinə çatdırmağı bacarırlar. Böyük vəzifələrin icrası böyük əmək tələb edir. Bununla yanaşı təmkinli olmaqda da fayda var. İşlərin uğurla nəticələnməsi üçün əlimizdən gələni edirik” , - M.Babayev vurğulayıb.
Bizim.Media