COP29: Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsi imzalanıb - FOTO

COP29: Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsi imzalanıb - FOTO

Hazırda oxunan: COP29: Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsi imzalanıb - FOTO

220518

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “PSA International” stendində Orta Dəhlizin Yaşıl Dəhlizə çevrilməsinə dair konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda “PSA International” (PSA), “Qlobal DTC” (GDTC) və “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının (TİTR) rəhbərləri Orta Dəhlizin əhəmiyyəti və vacibliyi haqqında məlumat veriblər.

Konfransdan sonra “PSA International”, “Qlobal DTC” və “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Orta Dəhlizi ekoloji cəhətdən məsuliyyətli və səmərəli nəqliyyat marşrutu kimi təşviq etmək üçün Əməkdaşlıq Bəyannaməsi imzalayıblar.

Əməkdaşlıq Orta Dəhlizi rəqəmsal inteqrasiya etməyi nəzərdə tutur. Tərəflər əməliyyatları optimallaşdırmaq və ətraf mühitə təsirləri azaltmaq üçün rəqəmsal texnologiyalardan istifadəyə, Orta Dəhlizi Yaşıl Dəhlizə çevirmək məqsədi daşıyan bir neçə əsas təşəbbüsə dair təqdimat ediblər.

Bildiriblər ki, bu əməkdaşlıq dayanıqlı Yaşıl Dəhliz yaratmaq məqsədilə Orta Dəhliz boyunca əsas maraqlı tərəfləri bir araya gətirəcək.
 

TİTR öz üzvlərini Yaşıl Dəhlizin inkişafına töhfə verməyə və bu təşəbbüsün uğurla həyata keçirilməsini təmin etmək üçün GDTC ilə onun üzvləri arasında koordinasiyaya töhfə verəcək.


Vurğulanıb ki, yeni əməkdaşlıq Orta Dəhlizin dayanıqlı qlobal nəqliyyat şəbəkəsinə çevrilməsi yolunda irəliyə doğru atılmış mühüm addımdır. Beynəlxalq ekoloji standartlara riayət etməklə və tullantıların azaldılmasına davamlı öhdəliyini nümayiş etdirərək, tərəfdaşlar Orta Dəhlizi beynəlxalq ticarət və tranzit üçün yüksək dayanıqlı seçim kimi təqdim edirlər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO