“Ölkəmizdə 2030-cu ilə qədər enerji istehsalında 40% yenilənəbilən enerji payına çatmaq üçün bir strategiyamız var. Bilirəm ki, oxşar hədəflər Azərbaycan tərəfindən də həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratov jurnalistlərə açıqlamasında bildirib.
“Biz bir-birimizdən öyrənirik və yaşıl layihələrin həyata keçirilməsində səylərimizi birləşdiririk. Bu gün başladığımız və elan etdiyimiz təşəbbüslərdən biri Mərkəzi Asiya və Qafqazdan Avropa bazarlarına Qara dənizin altından yaşıl enerji tədarükü qurmaqdır. Bugünkü addımla biz layihənin başlanğıcını etdik və indi texniki-iqtisadi əsaslandırma işlərinin aparılması, bu layihənin həyata keçirilməsi üçün podratçıların müəyyən edilməsi mərhələsinə keçirik. Biz əminik ki, yaxın illərdə bu tarixi layihəni həyata keçirəcəyik və Mərkəzi Asiyanı, Azərbaycanı və Qafqazı Avropa qitəsində enerji sabitliyini təmin edən bir bölgəyə çevirəcəyik”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
Nuray, Bizim.Media
- A-
- A
- A+
COP29
16:21 / 13.11.2024
Yaşıl enerjinin nəqli ilə bağlı Memorandum haqqında özbəkistanlı nazirdən AÇIQLAMA
Hazırda oxunan: Yaşıl enerjinin nəqli ilə bağlı Memorandum haqqında özbəkistanlı nazirdən AÇIQLAMA
Hazırda oxunan: Yaşıl enerjinin nəqli ilə bağlı Memorandum haqqında özbəkistanlı nazirdən AÇIQLAMA
220497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.