Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Beynəlxalaq aləmdə böyük maraq var. Dünyanın aparıcı televiziya və KİV-lərinin əsas xəbər başlıqlarını COP29-la bağlı ən son məlumatlar bəzəyir. Bəzi televiziyalar və agentliklər hətta Bakıdan canlı bağlantı qurublar.
Bizim.Media xəbər verir ki, məşhur BBC televiziyası da Bakıdan davamlı nəşr olaraq canlı yayımlar edir. Eləcə də, tədbirdə səslənən önəmli fikirləri paylaşır. Nəşrin son paylaşımında qeyd edilir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin “neft dövləti” kimi göstərilməsinə etiraz edir:
“Çünki, Azərbaycan dünya qazının cəmi 0,1%-ni istehsal edir”.
Nəşr xatırladır ki, bundan əvvəl COP29-un Bakıda keçirilməsi qərarı ölkənin neft və qazla bağlılığına görə tənqid edilib
BBC həmçinin xəbər verir ki, bu gün Böyük Britaniyanın baş nazir Keir Starmerin 200-ə yaxın ölkənin liderlərinin Bakıda toplaşdığı bir vaxtda çıxış edəcəyi gözlənilir:
“Baş nazir "əldə edilə bilən" kimi təqdim edilən yeni, iddialı emissiya hədəflərini elan edəcək. Sammitdə iştirak edən liderlər, həmçinin dövlətlərin 2015-ci ildə Paris Sazişində müəyyən edilmiş hədəf kimi uzunmüddətli qlobal temperatur artımını 1,5C-ə qədər necə məhdudlaşdıracaqlarını müzakirə edəcəklər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
15:32 / 12.11.2024
BBC Bakıda keçirilən COP29-dan YAZDI
Hazırda oxunan: BBC Bakıda keçirilən COP29-dan YAZDI
Hazırda oxunan: BBC Bakıda keçirilən COP29-dan YAZDI
220336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.