“Səyahətimiz çox xoş keçir. İlk gəldiyimizdə yerləşməkdə çətinlik çəksək də, polis əməkdaşları bizə çox kömək etdilər. Kamp və ətrafdakı hər şeyin əlçatan olması gözəldi”.
Bu sözləri Bizim.Media-ya COP29 iştirakçısı qanalı Portia Adu-Mensah konfrans haqqında fikirlərini bölüşərkən deyib.
Azərbaycanda ilk dəfə olan qanalı qonaq yenidən ölkəyə gəlmək istədiyini bildirib:
"İngilis dili kommunikasiyaya əngəl olsa da, ətrafda həmişə yardım etmək istəyən bir neçə adam olur. Bunlar bizim üçün gözəl şəhər və gözəl insanlarla birgə xoş təcrübə oldu. Bir də bura qayıtmaq istərdim".
COP29 iştirakçısı konfransdan öncə Azərbaycan haqqında ailəsinin məlumatlı olduğunu qeyd edib:
"Şəxsən mən məlumatlı deyildim. Amma bəzi ailə üzvlərim futbola görə Azərbaycanı tanıyır və bura haqqında çox bilgili idilər. Dayım buranın möhtəşəm yer olduğunu demişdi".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
COP29
14:55 / 12.11.2024
“Yenidən Azərbaycana gəlmək istəyərəm”- Qanadan olan COP29 iştirakçısı
Hazırda oxunan: “Yenidən Azərbaycana gəlmək istəyərəm”- Qanadan olan COP29 iştirakçısı
Hazırda oxunan: “Yenidən Azərbaycana gəlmək istəyərəm”- Qanadan olan COP29 iştirakçısı
220328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.