“COP29-un vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük” - ABŞ Prezidentinin köməkçisi

“COP29-un vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük” - ABŞ Prezidentinin köməkçisi

Hazırda oxunan: “COP29-un vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük” - ABŞ Prezidentinin köməkçisi

220325

Çox qısa müddət ərzində biz COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib.

O ümid etdiyini bildirib ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlamağa başlamağımızı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək:

“Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpa olunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin olacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO