“COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək”- Məcnun Məmmədov

“COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək”- Məcnun Məmmədov

Hazırda oxunan: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək”- Məcnun Məmmədov

220248

BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan iqlim dəyişikliyi ilə bağı müzakirələr aqrar sahəyə dəstək verəcək.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan üçün COP29 ölkəmizdə keçirilən ən vacib tədbirlərdən biridir. Ümid edirik ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələr aqrar sektora müsbət təsir göstərəcək. İqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirləri olduqca böyükdür. Noyabrın 19-u “Kənd təsərrüfatı, qida, su günü” kimi qeyd olunacaq və həmin gün aqrar sahəyə iqlim dəyişmələrinin təsiri müzakirə ediləcək”,- nazir qeyd edib.

Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü 14 təşəbbüsdən biri də aqrar sektora aiddir və bu təşəbbüs Bakı Harmoniya İqlim təşəbbüsüdür: “O, fermerlərin dəstəyinə yönəlib. Ümid edirik ki, bu təşəbbüs indiyədək həyata keçirilmiş aqrar layihələr üçün aqreqator rolunu oynayacaq və fermerlər üçün vacib qərarların qəbuluna zəmin yaradacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO