Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar - FOTO

Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar - FOTO

Hazırda oxunan: Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar - FOTO

220245

Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, rəsmilər arasında baş prokuror Kamran Əliyev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva və digərləri var.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO