“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıya gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak edəcək.
Qeyd edək ki, konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
Bizim.Media