COP29 üçün 67 min nəfər qeydiyyatdan KEÇİB

COP29 üçün 67 min nəfər qeydiyyatdan KEÇİB

Hazırda oxunan: COP29 üçün 67 min nəfər qeydiyyatdan KEÇİB

219824

Bu günə kimi Bakıda keçiriləcək COP29 üçün 67 min nəfər qeydiyyatdan keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov jurnalistlərə açıqlamasında bildirib. 

"Çox sayda qonaq gözləyirik. Bu, Azərbaycan tarixində ən böyük tədbirdir. Bütün COP29 məkanı istifadə olunacaq, boş yer qalmayıb", - A.Ələkbərov bildirib. 

O qeyd edib ki, Bakı Olimpiya Stadionunun əksər sahələrində işlər 100 faiz tamamlanıb. 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.
 

"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. 


Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO