Azərbaycanda keeçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiya nümayəndə heyətinə ölkənin Baş naziri Mixail Mişustin rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidenti Vladimir Putin Soçidə Valday Klubunun 21-ci illik toplantısında bildirib.
Putin jurnalistin “Sizi cənab İlham Əliyev COP29 konfransına dəvət edibmi?” sualına cavabında Rusiya lideri bildirib ki, konfransa dəvət alıb:
“Lakin bu yaxınlarda mən Azərbaycana səfər edərkən cənab Əliyevlə belə razılaşdıq ki, Rusiyanı konfransda Baş nazir Mixail Mişustinin rəhbərlik edəcəyi nümayəndə heyəti yüksək səviyyədə təmsil edəcək”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Bizim.Media