Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı Bakı Olimpiya Stadionun yaxınlığında Yaşıl Zona yaradılıb.
Bizim.Media xəbər verir ki, Yaşıl Zona tədbirə ev sahibliyi edən ölkənin təşəbbüsü ilə yaradılan ərazidir.
Yaşıl Zonanın əsas məqsədi ictimaiyyətə açıq olan bir platforma yaratmaqdır. Burada dövlət və özəl sektorun nümayəndələri, QHT-lər, media mənsubları və gənclər fəaliyyət göstərəcəklər. Yaşıl Zonanın ərazisi 37500 m2 təşkil edir. Bu zonanın böyük bir hissəsini pavilyonlar, konfrans və ikitərəfli görüşlər üçün otaqlar, eləcə də əməliyyat mərkəzi təşkil edir. Yaşıl Zonada ümumilikdə 4 konfrans otağı olacaq.
Qeyd edək ki, COP29 konfransı 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək. Konfransa ümumilikdə 80 min xarici qonağın qatılacağı gözlənilir.
Daha ətraflı videoda:
Bizim.Media
- A-
- A
- A+
COP29
15:04 / 05.11.2024
COP29-da Yaşıl Zona nədir və nəyə xidmət edir? – VİDEO
Hazırda oxunan: COP29-da Yaşıl Zona nədir və nəyə xidmət edir? – VİDEO
Hazırda oxunan: COP29-da Yaşıl Zona nədir və nəyə xidmət edir? – VİDEO
219328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.