“Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
AYNA-nın sədri əlavə edib ki, həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək.
“COP29 iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək”, - deyə AYNA sədri əlavə edib.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
COP29
20:04 / 01.11.2024
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
Hazırda oxunan: AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
Hazırda oxunan: AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
218838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.