COP29 günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək - RƏSMİ

COP29 günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək - RƏSMİ

Hazırda oxunan: COP29 günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək - RƏSMİ

218824

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O qeyd edib ki, hazırda "Koroğlu" metrostansiyasından 30-dan çox marşrut fəaliyyət göstərir:

"COP 29 dövründə bu metrostansiya ətrafından "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrutlardır. Üzbəüz tərəf isə tamamilə COP 29 əməliyyatları üçün istifadə olunacaq. Həmin 3 marşrut əsasən "Piramida" adlanan ərazidən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcəklər.
 

"Koroğlu" metrostansiyasına yönələn marşrutların əksər hissəsi "Ulduz" metrostansiyasına istiqamətinə yönəldiləcək. Bu da təxminən 12 sayda marşrutdur. Digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Hər bir dəyişmə və marşrutlar haqqında AYNA məlumatlar yayacaq.


Ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşlara tövsiyə edirik ki, "Avtovağzal" metrostansiyasından istifadə etsinlər. Bu metrostansiyanın qarşısında olan Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut işləyir və şəhərin hər yerinə həm metro, həm ictimai nəqliyyatla çatmaq mümkündür. İctimai nəqliyatda dəyişikliklər yalnız marşrutların təşkilində baş verəcək. Amma digər dəyişiklikləri biz gözləmirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO