COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT baş katibinin iqlim məsələləri üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, görüşdə tərəflər iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim planlarının razılaşdırılmasında hökumətlərin ambisiyalarının artırılması üzrə qarşıdakı COP29 səylərini müzakirə ediblər.
Qeyd edək ki, bu ilin 11-22 noyabrında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Konfransda iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri keçib.
Bizim.Media
- A-
- A
- A+
COP29
16:54 / 26.10.2024
COP29 prezidenti BMT rəsmisi ilə iqlim təşəbbüslərini MÜZAKİRƏ EDİB - FOTO
Hazırda oxunan: COP29 prezidenti BMT rəsmisi ilə iqlim təşəbbüslərini MÜZAKİRƏ EDİB - FOTO
Hazırda oxunan: COP29 prezidenti BMT rəsmisi ilə iqlim təşəbbüslərini MÜZAKİRƏ EDİB - FOTO
217901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.