“Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur. Gələn ay Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Financial Times"da dərc olunan açıqlamasında qeyd olunub.
H.Hacıyevin sözlərinə görə, bu siyahıdan çıxan yeganə ölkə İsveçrə olub. Üstəlik, dünyada hər bir dövlət istisnasız olaraq qalıq yanacaq istehlakçısıdır:
”Azərbaycan neft və qaz istehsalçısının necə keçid edə biləcəyini nümayiş etdirir. Biz təkcə regionun ən böyük bərpa olunan layihələrini həyata keçirmirik, həm də qalıq yanacaqdan elektrik enerjisi ixracına keçirik”.
Bizim.Media
- A-
- A
- A+
COP29
11:37 / 23.10.2024
Hikmət Hacıyev: “Neft dövlətini COP29-a uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur”
Hazırda oxunan: Hikmət Hacıyev: “Neft dövlətini COP29-a uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur”
Hazırda oxunan: Hikmət Hacıyev: “Neft dövlətini COP29-a uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur”
217384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.