COP29-da iştirak etmək üçün qeydiyyatdan keçən jurnalistlərin SAYI

COP29-da iştirak etmək üçün qeydiyyatdan keçən jurnalistlərin SAYI

Hazırda oxunan: COP29-da iştirak etmək üçün qeydiyyatdan keçən jurnalistlərin SAYI

217043

Bu günə qədər 3 minə yaxın jurnalist gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün qeydiyyatdan keçib. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib. 

Onun sözlərinə görə, bunlar arasında həm yerli, həm də xarici media nümayəndələri var. 
 

"COP29 həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Bu gün BMT-nin "mavi zona" üzrə akkreditasiyası tamamlanır. COP sədrliyi bir müddət əvvəl "yaşıl zona" üçün də medianın akkreditasiyasına başlayıb. Bu da oktyabrın sonunda tamamlanacaq. "Yaşıl zona"ya 150-ə yaxın müraciət var", - deyə A.Nəcəf əlavə edib. 


Bugünkü seminarda “Biznes mühitində paradiqm dəyişikliyini anlamaq”, “Azərbaycanda ESG-nin hüquqi çərçivəsi bu gün”, “ESG hesabatlarını necə oxumaq, anlamaq və təhlil etmək” və “Sənaye sektorundan ESG hesabatın təhlili” kimi mövzularda müzakirələr aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO