Bakıda keçirilən Pre-COP29 konfransı YEKUNLAŞDI - FOTO

Bakıda keçirilən Pre-COP29 konfransı YEKUNLAŞDI - FOTO

Hazırda oxunan: Bakıda keçirilən Pre-COP29 konfransı YEKUNLAŞDI - FOTO

215634

Oktyabrın 11-də Bakıda “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən Pre-COP29 konfransına yekun vurulub.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransın ikinci günündə iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim fəaliyyətinə uyğunlaşmanın vacibliyinin göz önündə olduğunu diqqətə çatdırıb.

“Qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı bacarsaq belə, hələ də bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir”, - deyə o bildirib.

“Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına görə, Sub-Sahara Afrikasında bu onillikdə adaptasiya xərclərinin ildə 50 milyard dollara qədər olduğu təxmin edilir.

Bununla belə, uyğunlaşmanın maliyyələşdirilməsi və həyata keçirilməsində hələ də aydın boşluqlar mövcuddur”, - deyə nazir bildirib.

O qeyd edib ki, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirmək lazımdır: “Biz bütün tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planları yaratmağa çağırırıq”.

Vanuatunun iqlim dəyişmələri naziri Con Salong isə videomüraciətində Pre-COP29-da aparılan müzakirələrin inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş dövlətlər üçün uyğunlaşmanın sürətləndirilməsi baxımından mühüm bir addım olduğunu vurğulayıb: “Bizim seçim şansımız yoxdur və həyatda qalmağımız üçün uyğunlaşma zəruridir”.

COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim problemlərinin həlli istiqamətində qarşıya çıxan çətinliklərin sadəcə texniki deyil, eyni zamanda, siyasi və maliyyə problemləri olduğunu vurğulayıb.

COP29-da İqlim dəyişikliyi və qlobal sülh arasında qarşılıqlı əlaqəyə dair ümumi məsləhətləşmələr zamanı isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov iqlim dəyişikliyi və dövlətlərarası münaqişələr arasında olan əlaqələrin araşdırılmasının vacibliyini bildirib. E.İsgəndərovun sözlərinə görə, həmin təsirləri aradan qaldırmaq əsas məqsədlərdən biridir.

Həmçinin “Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” mövzusunda, “BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda tədbirlər keçirilib.

Bununla da Pre-COP29 konfransına yekun vurulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO