“COP29-un əsas məkanı Bakı Olimpiya Stadionu 5 zonaya bölünüb. Zona A qeydiyyat üçün nəzərdə tutulub. Zona B yan tədbirləri, İqlim Dəyişmələrinə Qarşı Mübarizə Sammiti, COP29 İqlim çempionlarının tədbirləri, ikitərəfli görüşlər üçün nəzərdə tutulmuş məkanları əhatə edir.
Zona C nazirlər səviyyəsində keçirilən iclaslar, COP29 Sədrliyinin təşəbbüsləri üçün məkanlar, nümayəndə heyətlərinin ofisləri və restoranları əhatə edir. Zona D-də VİP otaqlar, ikitərəfli görüşlər üçün otaqlar, birinci və ikinci plenar otaqları, Media Mərkəzi, mətbuat konfransı otağı, Zona E-də isə pavilyonlar, QHT-lər, restoranlar yerləşir”.
Bizim.Media xəbər verir ki, bunu Pre-COP29 çərçivəsində keçirilən COP29 Azərbaycan Əməliyyat Şirkətinin logistika brifinqində COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib.
COP29 tədbiri üçün 49 hektarlıq ərazinin ayrıldığını diqqətə çatdıran N.Carçalova bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması barədə ətraflı məlumat verərək, işlərin plana uyğun şəkildə davam etdirildiyini söyləyib:
“Ötən aylar ərzində komandamız COP29-a hazırlıq prosesi çərçivəsində əzmkarlıqla çalışıb”.
Bizim.Media
- A-
- A
- A+
COP29
18:55 / 11.10.2024
COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsü BELƏ OLACAQ
Hazırda oxunan: COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsü BELƏ OLACAQ
Hazırda oxunan: COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsü BELƏ OLACAQ
215625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.