Braziliya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK

Braziliya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Braziliya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK

215606

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək. 

Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib. 

O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir. 

“Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri - NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq. 
 

Beləliklə, maliyyələşdirmə ilə bağlı müzakirələr irəlilədikcə biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC's) üzrə daha səmərəli müzakirələr apara biləcəyik.


Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq", - katib qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO