Oktyabrın 10-da Bakıda “PRE-COP29” tədbiri işə başlayıb.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub.
Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, təşkilatın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still, Köməkçi icra orqanının sədri Nabil Munir çıxış edəcəklər.
Tədbir iki gün davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
COP29
09:27 / 10.10.2024
Bakıda “PRE-COP29” tədbiri BAŞLADI
Hazırda oxunan: Bakıda “PRE-COP29” tədbiri BAŞLADI
Hazırda oxunan: Bakıda “PRE-COP29” tədbiri BAŞLADI
215383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.