Sabah Bakıda COP29 öncəsi konfrans BAŞLAYIR

Sabah Bakıda COP29 öncəsi konfrans BAŞLAYIR

Hazırda oxunan: Sabah Bakıda COP29 öncəsi konfrans BAŞLAYIR

215280

10-11 oktyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) keçiriləcək.

Bizim.Media tədbirin təşkilatçılarına istinadən xəbər verir ki, konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” adlanır.

Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edəcəklər.

Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.

İki gün davam edəcək tədbir Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO