COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verildi

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verildi

Hazırda oxunan: COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verildi

215125

Bu ilin 11-22 noyabr tarixlərində COP29 iqlim konfransında iştirak üçün müxtəlif ölkələrdən Bakıya səfər edəcək çoxsaylı qonaqların müsbət ziyarətçi təcrübəsi, o cümlədən qidalanma, qonaqlama, nəqliyyat və digər xidmətlərdən səmərəli istifadəsinin təmin edilməsi istiqamətində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən müvafiq işlər davam etdirilir. Belə ki, COP29 Azərbaycan ƏŞ tərəfindən konfrans məkanından iaşə xidmətlərinin təşkili üzrə portal istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, konfrans müddətində tədbir məkanında fəaliyyət göstərəcək müxtəlif iaşə xidmətləri iştirakçıların rahatlığını təmin etmək məqsədilə vahid portal üzərində təqdim edilib. 

Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi mövcuddur.

Portal vasitəsilə Yaşıl və Mavi Zonaların iştirakçıları fərdi qidalanma sifarişləri ilə yanaşı, öz qonaqları üçün çay və nahar fasilələri, qəlyanaltı təchizatı kimi xidmətləri sifariş etmək imkanından yararlana biləcəklər.

Qeyd edək ki, COP29 məkanında fəaliyyət göstərəcək hər növ iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, yerli və mövsümi məhsullardan istifadə edilməsinə üstünlüyün verilməsi daşınma məsafəsinin qısaldılması ilə karbon izinin azaldılmasına nail olmaqla yanaşı, həmçinin regional fermerlərə dəstək baxımından əhəmiyyətlidir.

Bundan əlavə, tədbir məkanında tullantıların azaldılması məqsədilə məkanda birdəfəlik plastikdən istifadənin minimuma endirilməsi, qida hazırlanması, saxlanılması və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlüyün verilməsi və bu kimi digər amillər konfrans məkanında fəaliyyət göstərəcək iaşə obyektlərinə qoyulan başlıca tələblərdəndir.
 

Burada fəaliyyət göstərəcək personalın peşəkar xidmət səviyyəsinin, eləcə də qida təhlükəsizliyi normalarına uyğunluğunun təmin olunması üçün COP29 Azərbaycan ƏŞ tərəfindən işçi heyətə müvafiq təlimlər keçirilib.


Tədbir məkanında iaşə xidmətlərinin rezervasiyası üçün sözügedən portala keçid edə bilərsiniz. Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO