Peru mətbuatı Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsü haqda yazdı - FOTO

Peru mətbuatı Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsü haqda yazdı - FOTO

Hazırda oxunan: Peru mətbuatı Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsü haqda yazdı - FOTO

214796

Peru mətbuatında Azərbaycanın irəli sürdüyü “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Perunun tanınmış və nüfuzlu mətbu orqanlarından biri olan “La República” qəzetində “COP29 tərəfindən iqlim sammitləri zamanı “COP atəşkəsi” təşəbbüsü irəli sürülüb” adlı məqalə dərc olunub.

Məqalədə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Sədrliyi tərəfindən “COP atəşkəsi” təşəbbüsü haqqında məlumat verilib.

Vurğulanıb ki, Azərbaycan tərəfindən irəli sürülən “COP atəşkəsi” təşəbbüsün COP29 daxil olmaqla bir həftə öncə və bir həftə sonrakı dövr üçün qlobal müstəvidə atəşkəsə riayət olunmasının nəzərdə tutulduğu vurğulanır. Həmçinin Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv olan ölkələrə göndərildiyi və tərəflərin bu təşəbbüsə müsbət reaksiyalar verdiyi bildirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO