COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər - FOTO

COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər - FOTO

Hazırda oxunan: COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər - FOTO

212485

Lənkəranda, Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar COP29 Azərbaycan Əməliyyat Şirkəti,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.

Bizim.Media xəbər verir ki, Xəzər dənizinin Lənkəran sahilində baş tutan sahilyanı təmizlik aksiyasına 100-dən artıq iştirakçı qatılıb.  

Könüllülər müxtəlif qruplara bölünərək tullantıları yığıblar. Təmizlik aksiyası çərçivəsində sahil zolağı plastik və digər tullantılardan təmizlənib.

Tullantıları yığdıqdan sonra könüllülər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif təlimlər və sessiyalar həyata keçiriləcək. Bunlar COP – 29, ekoloji maarifləndirmə və eyni zamanda dayanıqlı davranışları mənimsəmək üçün keçirilən təlimlərdir. Ümimilikdə biz COP – 29 əməliyyat şirkəti olaraq bu tip maarifləndirici tədbirləri mütəmadi olaraq həyata keçiririk.

Toplanan 1100 kiloqram  tullantı utilizasiya üçün Lənkəran Şəhər Abadlıq İdarəsinə təhvil verilib.







Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO