Ekofəalların Ankaradan Bakıya velosipedlə COP29 yürüşü başladı - FOTO

Ekofəalların Ankaradan Bakıya velosipedlə COP29 yürüşü başladı - FOTO

Hazırda oxunan: Ekofəalların Ankaradan Bakıya velosipedlə COP29 yürüşü başladı - FOTO

210802

Dünya ictimaiyyətinin diqqətini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının (COP29) əhəmiyyətinə cəlb etmək üçün ekofəallardan ibarət 40 nəfərlik qrup velosipedlə Ankaradan Azərbaycana yola düşüb.

Bizim.Media xəbər verir ki, ekofəallar Ankaranın Ulus rayonundakı “Zəfər” heykəli qarşısında jurnalistlərlə söhbət ediblər.

Onlar  “Pedalı fırlat, amma dünyanı dəyişmə” şüarı ilə keçirilən aksiyanın Parisdən başladığını və son mənzilin Bakı olduğunu bildiriblər:

“Biz bəşəriyyətin diqqətini ətraf mühitə hörmətlə yanaşmağa və iqlim dəyişikliyi ilə mübarizəyə cəlb etmək məqsədi daşıyırıq”. 

Ekofəallar planetimizin sakinlərini avtomobil nəqliyyatından imtina etməyə və velosipedlərə keçməyə çağırıblar ki, bu da atmosferə buraxılan 80 faiz zərərli maddələrin miqdarını azaldacaq. 

“Biz dünyada velosiped yollarının sayını mümkün qədər artırmalıyıq”, -deyə velosiped yürüşü iştirakçıları qeyd ediblər.

Aksiya iştirakçıları Azərbaycanda 10 bəndlik ekoloji müraciət dərc etməyi planlaşdırdıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO