COP29-un Azərbaycanda keçirilməsi yaşıl iqtisadiyyatın inkişafına verilən önəmin göstəricisidir

COP29-un Azərbaycanda keçirilməsi yaşıl iqtisadiyyatın inkişafına verilən önəmin göstəricisidir

Hazırda oxunan: COP29-un Azərbaycanda keçirilməsi yaşıl iqtisadiyyatın inkişafına verilən önəmin göstəricisidir

210034

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Beynəlxalq Parlamentarilər Konqresinin (İPC) nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb.

COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə yaşıl enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Görüşdə IPC-nin İqlim Dəyişikliyi üzrə Beyin Mərkəzinə dair təşəbbüsü çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO