Əhaliyə MÜRACİƏT: “COP29”la bağlı saxta səhifələrə ALDANMAYIN

Əhaliyə MÜRACİƏT: “COP29”la bağlı saxta səhifələrə ALDANMAYIN

Hazırda oxunan: Əhaliyə MÜRACİƏT: “COP29”la bağlı saxta səhifələrə ALDANMAYIN

208405

“COP29” tədbiri çərçivəsində dövlət tərəfindən informasiya təhlükəsizliyinə məsul qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “COP29”-un idarəetmə mərkəzi ilə birgə informasiya təhlükəsizliyinin gücləndirilməsi və kiberhücumların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir və nəzarəti gücləndirir. 

Bu barədə Bizim.Media-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib. 
 

Qeyd edilib ki, Xidmət tərəfindən hazırda “COP29” tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manupulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır.


Belə ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui istifadə edərək müxtəlif biznes və məşğulluq yönümlü platformalarda “COP29”-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər. 

Bugünə qədər “COP29”-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanıb və ölkə üzrə bloklanması təmin edilib. 

Vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO