50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcək - Elnur Soltanov

50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcək - Elnur Soltanov

Hazırda oxunan: 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcək - Elnur Soltanov

207694

COP29-da ümumilikdə 80 minə yaxın qonağı və bir gündə təxminən 40 min qonağı qəbul etməyə hazırlaşan Azərbaycan bir vaxtlar münaqişədə olduğu Ermənistana, o cümlədən, bütün ölkələrə, dəvət göndərib. 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəklərini təsdiqləsə də, bu sayın artacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, COP29-da milli, regional və qlobal səviyyəli məsələlər müzakirə olunacaq və əsas mövzu iqlim maliyyəsi olacaq.

E.Soltanov inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox yardım göstərilməsinin COP29-un əsas gündəmlərindən biri olacağını bildirib.

"Dünyanın istixana qazı emissiyalarının təxminən 4 faizi Afrika qitəsinin payına düşür. Bununla belə, iqlim dəyişikliyindən ən çox təsirlənən qitə Afrikadır.

İstixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verilməlidir. Hazırda 100 milyard dollar civarında olan iqlim maliyyələşməsini artırmaq üçün ciddi danışıqlar aparılır. COP29-da bununla bağlı qərar qəbul ediləcəyinə ümid edirik", - deyə E. Soltanov qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO