Muxtar Babayev: “Bütün fikirləri nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq” - FOTO

Muxtar Babayev: “Bütün fikirləri nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq” - FOTO

Hazırda oxunan: Muxtar Babayev: “Bütün fikirləri nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq” - FOTO

202764

İyulun 19-da COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, mətbuat konfransında çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bütün tərəfdaşlarla - bələdiyyələr, xeyriyyəçilik təşkilatları, vətəndaş cəmiyyəti ilə əlaqə yaratmağa çalışdıqlarını deyib.

“Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər. Son aylarda sədrlik olaraq komandamızı formalaşdırdıq. Əməliyyat komandamız bacardığı qədər ən yaxşısını etməyə çalışır. Sədrlik olaraq 14 təşəbbüs irəli sürmüşük. Təşəbbüslər bütün tərəfdaşlarla birgə hazırlanıb”, - deyə N.Arpadarai qeyd edib.

Mətbuat konfransında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın COP29-un örnək olması ilə bağlı öhdəlik götürdüyünü diqqətə çatdırıb:

“Biz sədrlik olaraq regional fəaliyyətləri həyata keçirmək üçün təşəbbüslər irəli sürmüşük. Bütün tərəfləri bir araya gətirməyə, iqlim böhranlarından əziyyət çəkən milyonlarla insanın səsini eşitməyə çalışırıq. Onlar dərhal addımlar atılmasını tələb edirlər. 

COP29-da toplandığımız zaman bu icmaları diqqətimizdə saxlamalı, ortaq öhdəliklər və mənəvi borclarımız haqqında düşünməliyik”.

COP29 Azərbaycan Sədrliyinin ilk məktubları tərəfdaşlara göndərdiyini vurğulayan M.Babayev deyib:

“Həmin məktubda atılacaq addımların sürətləndirilməsinə çağırış etdik. Bütün prinsipləri, öz vizyonumuzu, atılan addımları və əsas dönüş nöqtələrini nəzərə alaraq şəbəkələr və koordinasiyalı addımlar vasitəsilə bu uğurlu mərama çatmalıyıq. COP29 Sədrliyi ədalətli və məsuliyyətli olmalı və 6-cı maddənin yekunlaşdırılmasına çalışmalıdır. 

Biz bütün digər prioritetlərimizi də həyata keçirməli, “Heç kimi geridə qoymamaq” prinsipi ilə harmoniya şəraitində fəaliyyət göstərməliyik. Bütün iqlim sütunlarının, qlobal, regional, milli və digər qrupların da fikirlərini nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq. Bunu inklüziv şəkildə həyata keçirməli və nəticələr əldə etməliyik”.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO