Parkinson xəstəliyinin ilk əlamətləri

Parkinson xəstəliyinin ilk əlamətləri

Hazırda oxunan: Parkinson xəstəliyinin ilk əlamətləri

19970

Parkinson tam müalicəsi olmayan nevroloji xəstəlikdir.

Moskva xəstəxanasının nevroloji şöbəsinin rəhbəri Vera Pşeniçnikova xəstəliyin ilk simptomlarını açıqlayıb. İlk növbədə nəyə diqqət yetirmək lazımdır.

Bizim.Media xəbər verir ki, həkim ilk öncə əllərdə motor funksiyasına diqqət çəkib.

"Əvvəlcə bir əl əsir, daha sonra digər əl qoşulur. Lakin bu artıq xəstəliyin kəskinləşməsi dövründə olur. Əslində isə Parkinson 10 il əvvəldən başlayıb zamanla irəliləyir. İnsanlar bunun fərqinə varmır. Parkinsonun birincin gizli əlaməti qoxubilmənin pozulması, azalmasıdır".

Parkinson baş beynin sistem xəstəliyidir.

"Yuxunun, qoxubilmənin itməsi, pozulması, iş qabiliyyətinin düşməsi, çiyinlərdə ağırlıq da ilk simptomlardandır. Xəstələr nevroloqa gedir və onu ostexondrozdan, nevrozdan müalicə edirlər. Halbuki bu xəstədə artıq Parkinson işarətləridir". (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO