KTM-ə hospitalizasiya olunan şəxslərin birində qarayara aşkarlanıb - BİRGƏ MƏLUMAT

KTM-ə hospitalizasiya olunan şəxslərin birində qarayara aşkarlanıb - BİRGƏ MƏLUMAT

Hazırda oxunan: KTM-ə hospitalizasiya olunan şəxslərin birində qarayara aşkarlanıb - BİRGƏ MƏLUMAT

196213

Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Qeyd edilib ki, digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülüb və onlar Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Artıq ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb. “Qarayara” xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO