Ayılanda uşaqlarını istəyib AĞLADI... - 65 gün komada qalıb SAĞALAN qadın nələri DANIŞDI? – ÖZƏL 

Ayılanda uşaqlarını istəyib AĞLADI... - 65 gün komada qalıb SAĞALAN qadın nələri DANIŞDI? – ÖZƏL 

Hazırda oxunan: Ayılanda uşaqlarını istəyib AĞLADI... - 65 gün komada qalıb SAĞALAN qadın nələri DANIŞDI? – ÖZƏL 

194852

65 gün Yeni Klinikada koma vəziyyətində müalicə alan qadın evə buraxılıb.

Yeni Klinikadan bildirilib ki, Şamaxı Abbasova klinikaya böyrək daşı, sepsis, poliorqan çatışmazlığı diaqnozları ilə qəbul edilib. Daha sonra sepsisə ikinci mərhələdə kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub və bu səbəblə xəstə süni tənəffüs aparatına qoşulub.

3 aya yaxın klinikanın Reanimasiya şöbəsində, daha sonra Terapiya şöbəsində stasionar müalicə alan xəstə multidisiplinar yanaşma sayəsində ağır vəziyyətdən xilas edilərək ambulator müalicə üçün evə yazılıb.

65 gün reanimasiyada koma vəziyyətində qaldıqdan sonra həyata gözlərini ikinci dəfə açan, Ağsunun Hinqar kənd sakini Şamaxı Abbasova başına gələnlər barədə Bizim.Media-ya danışıb.

“49 yaşım var, üş uşaq anasıyam. 3 ay əvvəl böyrəklərimdə şiddətli ağrılar olduğu üçün Ege Hospitala əməliyyata yazıldım. Əməliyyatda böyrəyim zəhərlənmə verdiyi üçün komaya düşmüşəm. Bunların heç birindən xəbərim olmayıb. Maddi gücümüz Ege Hospitalda müalicəni davam etdirməyə kifayət etmədiyi üçün məni Yeni Klinikaya köçürüblər. Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun səyləri nəticəsində yenidən işıqlı həyata qayıda bildim.

Hazırda bir qolum və bir ayağım işləmir, çəlikdən dəstək alaraq yeriyə bilirəm. Həkimlər deyir ki, bunlar da zamanla bərpa ediləcək”.

Müsahibimiz komada olan müddətdə gördüyü yuxulardan, bəzən sayaqladığını və doğmalarının adını çəkdiyini də deyib:

“Komada olanda çoxlu yuxular gördüyümü xatırlayıram. Sayaqladığını da bilirəm. Yuxuda ancaq uşaqlarımı və evimi görürdüm, ürəyim partlayırdı sanki... Bəzən qorxulu yuxular da görürdüm, amma detallarını xatırlaya bilmirəm.

Komadan ayılıb gözlərimi açanda uşaqlarımı yanımda istədim. Əslində 3 ay orada qalsam da, sanki bir gecə yuxusuna qərq olub oyanmışdım. Komadaykən zaman necə ötüb, nələr baş verib, heç nədən xəbərim olmayıb. 65 gün yatdığımı biləndə təəccübləndim. Allahın möcüzəsinə şükür...

Komadan ayılandan sonra da 10 gün xəstəxanada qaldım. Kövrəlirdim, ağlayırdım. Həkimlərim deyirdi ki, artıq qorxma, sağalacaqsan. Yaşamağım möcüzədir. Məni yenidən həyata qaytaran Emil həkimə və onunla bərabər digər tibb personalına nə qədər təşəkkür etsəm, azdır”.

Şamaxı xanımın həyat yoldaşı Yaşar Abbasov isə bildirib ki, ömür-gün yoldaşının yenidən həyata qayıda biləcəyinə dair ümidi olmayıb:

“Bu qədər komada qalmaq elə belə şey deyil. Biz artıq ümidimizi üzmüşdük. Düşünürdüm ki, yoldaşım daha ayılmayacaq. Hətta deyirdik ki, artıq onu xəstəxanadan çıxarıb aparaq... Emil Qasımov icazə vermədi, Şamaxını reanimasiyada saxladı. Şükür Allaha ki, artıq sağ-salamatdır və evdə yanımızdadır”.

Nuranə Daxilqızı, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO