Narkotik aludəçiləri üçün niyə cinayət məsuliyyəti nəzərdə TUTULMAYIB? – AÇIQLAMA 

Narkotik aludəçiləri üçün niyə cinayət məsuliyyəti nəzərdə TUTULMAYIB? – AÇIQLAMA 

Hazırda oxunan: Narkotik aludəçiləri üçün niyə cinayət məsuliyyəti nəzərdə TUTULMAYIB? – AÇIQLAMA 

193670

Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan  cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran “ağ ölüm” məsələsi aktual olaraq qalır. Narkotiklərin qanunsuz dövriyyəsi, satışı, qəbulu, bir sözlə narkomanlıq cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilib. Lakin Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə narkotik vasitədən istifadə və aludəçiliyin cəzası yoxdur. Yəni narkotikin istehlakına görə cinayət məsuliyyəti mövcud deyil.

Maraqlıdır, narkotikin istehlakı cinayət məsuliyyəti daşımırsa, bəs bu maddələrin istehsalı və alqı-satqısı ilə məşğul olanlar niyə cəzalandırılır?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, narkotikin istehlakı üçün bizdə cinayət məsuliyyəti yoxdur, əvvəllər də olmayıb:

“Lakin Cinayət Məcəlləsinin 234-cü maddəsində narkotikin əldə olunması, saxlanılması, yayılması halları qeyd olunub. Əvvəllər cinayət axtarış qrupunun üzvləri narkotik istifadəçilərini izləyib üstlərində gəzdirdiklərinə və kimdənsə əldə etdiklərinə dair faktlarla mühakimə edirdilər. Cəzası isə 3 ilə qədər idi. O zamanlar bir sıra mütəxəssislər bildirdi ki, onu özündə saxlayan şəxslər şəxsi istehlak üçün saxlayır”.

Hüquqşünasın sözlərinə görə, istər Azərbaycanda, istərsə də xaricdə bu barədə geniş müzakirələr gedirdi və yekun nəticə belə oldu ki, aludəçiləri həbs etmək yox, müalicə etmək lazımdır:

“Ona görə də, Cinayət Məcəlləsinin 234.1 maddəsi bir az liberallaşdı. Lakin belə oldu ki, əgər kiminsə üstündə narkotik vasitəsi tutulursa, onu birinci dəfə müalicəyə yönəldirlər. Bu hal təkrarlandıqda isə həmin şəxsə artıq real cəza verilir.

Dünyanın heç yerində narkotikdən istifadəyə görə cəza yoxdur. Açığı cəza olması çıxış yolu da deyil. Hazırda daimi narkotik aludəçiləri müəyyən olunan kimi, qeydiyyata alınır və kəskinləşdirici halda narkoloji dispanserdə müalicəyə göndərilirlər. Bu özü elə cəzadır. Çünki oradakı rejim də cəzaçəkmə müəssisəsindəki kimidir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO