Respublika Kliniki Uroloji Xəstəxanasında rentgen cihazı niyə işləmir? – RƏSMİ AÇIQLAMA

Respublika Kliniki Uroloji Xəstəxanasında rentgen cihazı niyə işləmir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Respublika Kliniki Uroloji Xəstəxanasında rentgen cihazı niyə işləmir? – RƏSMİ AÇIQLAMA

193279

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, xəstəxanadakı rentgenoqrafiya cihazının 2 ilə yaxındır ki, işləmədiyi bildirilir.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada mövcud olan rentgen cihazının hərəkət sistemində və kaset qəbuledicisində bərpası mümkün olmayan problem yaranıb:

“Bununla əlaqədar xəstəxanaya yeni rentgen cihazının verilməsi üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın zamanlarda  yeni rentgen cihazının alınaraq istifadəyə verilməsi təmin olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO