Səhiyyədə korrupsiyanın qarşısını almaq üçün TƏKLİFLƏR verildi

Səhiyyədə korrupsiyanın qarşısını almaq üçün TƏKLİFLƏR verildi

Hazırda oxunan: Səhiyyədə korrupsiyanın qarşısını almaq üçün TƏKLİFLƏR verildi

19094

Səhiyyə sahəsində şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq lazımdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə üçün ayrılmış – “Yeni klinika”, Fövqəladə Hallar Nazirliyinin modul tipli və digər xəstəxanalarda baş verən hadisələrlə bağlı Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) yaydığı məlumatda qeyd edilib.

AHİB ifşa olunan korrupsiya hallarını, hüquqi təsdiqini taparsa, qətiyyətlə pisləyir və onu dövlətin pandemiya ilə mübarizə siyasətinə zərbə və çarəsiz xəstələrin durumundan sui-istifadə kimi dəyərləndirir:

“Təşkilat olaraq istintaqın obyektiv, ədalətli aparılmasına ümid edir və onun nəticələrinin ictimaiyyətə açıqlanmasını vacib hesab edirik. Xüsusilə vurğulamaq istərdik ki, bu cür neqativ hallar pandemiya ilə mübarizədə fədakarlıq göstərmiş, dəfələrlə xəstələnmiş, şəhid olmuş yüzlərlə həkimlərimizin təqdirəlayiq əməyinə kölgə sala bilməz”.

Təşkilat bu cür neqativ halların qarşısının alınması üçün aşağıdakıları vacib hesab edir:

1. Səhiyyə islahatlarını tezliklə başa çatdırmaq və onun qərb standartlarına yaxınlaşdırmaq;

2. İcbari tibb sığortanın ölkə boyu tətbiqi prosesini sürətləndirmək və bu sahədə əhalinin maarifləndirmə işlərini intensivləşdirmək, ictimai nəzarəti və şəffaflığı təmin etmək;

3. Səhiyyədə şəffaflığa yol açan mərkəzləşdirilmiş sistem yaratmaq;

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO