Peyvəndlə bağlı XƏBƏRDARLIQ – “Bu şəxslərdə ağır fəsadlar yarada bilər”

Peyvəndlə bağlı XƏBƏRDARLIQ – “Bu şəxslərdə ağır fəsadlar yarada bilər”

Hazırda oxunan: Peyvəndlə bağlı XƏBƏRDARLIQ – “Bu şəxslərdə ağır fəsadlar yarada bilər”

188609

Bütün dünyada bəzi xəstəliklərin yüngül keçməsi, kütləvi yoluxma zamanı ölüm sayının minimuma endirilməsi üçün peyvəndlərdən istifadə olunur. Lakin peyvəndlər hər kəsə eyni cür təsir göstərmir. Yəni insan orqanizmi peyvəndə müxtəlif reaksiyalar göstərir ki, bu da əks-göstəriş kimi qeydə alınır.

2020-ci il koronavirus pandemiyası zamanı virusla mübarizə aparmaq üçün tətbiq edilən peyvəndlərə qarşı da əks-göstərişlər qeydə alınırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI 


Maraqlıdır, hansı peyvəndə qarşı orqanizmin əks-göstərişi mümkündür? Yəni insanlara, elmə çoxdan məlum olan qrip və qızılca kimi xəstəliyə qarşı vurulan peyvəndə də belə göstəriş mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, peyvəndlərin hər birinə qarşı orqanizmin müxtəlif reaksiyaları mümkündür:

“İstənilən peyvəndin vurulması insan orqanizmində yüngül alergik pozuntulardan başqa ana şoka qədər ağır vəziyyət yarada bilir. Bu, insan bədənində immunsisiteminin normal olub olmamasından asılıdır. 

Əgər immun sistemində hər hansı bir problem varsa, belə reaksiya olur. İmmunsistemdə olan problemi müəyyən etmək üçün hələ ki əlimizdə ciddi vasitələr yoxdur. Əgər insan bədənində elə bir problem olursa, qızılca, qrip və yaxud digər hər hansı peyvəndin vurulması insanda əks-göstəriş yaradır”.

Həkim kəllədaxili təzyiqi olan insanlarda da əks-göstəriş olmasının mümkünlüyünü qeyd edib:

“Açıq şəkildə kəllə-beyin, kəllədaxili təzyiqin artımı olan insanlarda yaxud allergiyaya həddindən artıq meyilli olan uşaqlarda görürsən ki, əks-göstəriş olur və buna görə də vurulmur. Bəzən superaktiv reaksiyalar verir, superaktiv reaksiyalardan əlavə anaflaktoid və anafilaktik şoklara qədər dəyişiklik olur. Digər bəzi xəstəliklər də var ki, onlar peyvəndlərin vurulmasına əks-göstəriş kimi qəbul olunur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO