Yazda aşağı düşən enerjimizi necə BƏRPA edək? – Mütəxəssisdən MÜHÜM TÖVSİYƏLƏR

Yazda aşağı düşən enerjimizi necə BƏRPA edək? – Mütəxəssisdən MÜHÜM TÖVSİYƏLƏR

Hazırda oxunan: Yazda aşağı düşən enerjimizi necə BƏRPA edək? – Mütəxəssisdən MÜHÜM TÖVSİYƏLƏR

185929

Fəsil yenilənməsi orqanizmdə bir sıra dəyişikliklərə yol açır, halsızlıq və yorğunluq kimi hallarla özünü büruzə verir. Mütəxəssislər bu problemlərin yazın gəlişindən sonra təxminən 40 günə qədər davam etdiyini bildirirlər.                        

Bəs maraqlıdır, fəsil dəyişikliyi ilə əlaqədar aşağı düşən enerjimizi necə bərpa etməliyik? Hansı qidalara üstünlük verməliyik?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, yaz mövsümü gəldikcə havadakı temperaturun dəyişməsi, saatlardakı fərqlər, qışda mövsümi qriplərdən əziyyət çəkən orqanizmin immun sisteminin aşağı düşməsi səbəbsiz yorğunluğa və həyat enerjisinin pisləşməsinə səbəb olur:

“Bu ərəfədə gənclərdə və yeniyetmələrdə dərsə marağın azalması kimi hallar özünü büruzə verir. Bunun əsas səbəbi immun sistemin aşağı olması və orqanizmdə maddələr mübadiləsinin düzgün çalışmamasından qaynaqlanır. Ona görə ilk növbədə bağırsaqlarımızın sağlamlığını təmin etməliyik. Gündəlik lifli qidalara üstünlük verməliyik. Lifli qidalar mövsümi meyvə-tərəvəzlərdir. Tərkibində A, C vitaminləri olan meyvə və tərəvəzlərdən istifadə etməliyik. Allergiyası olmayan insanlarda kivi daha sürətli və effektiv formada immun sistemə kömək olur. Tərəvəzlərdən isə yaşıl bibər günlük rasionda yer almalıdır. Ev üsulunda hazırlanan qatıqdan, kefirdən istifadə faydalıdır. Müxtəlif növdə ev üsulunda hazırlanmış kənd pendirlərini istehlak etməliyik. Bu qidalar yaranan qəbzliyin və bağırsaq mikroflorasının pozulmasının qarşını alır. Bu isə nəticədə insanların daha sağlam və güclü olmasına gətirib çıxarır”. 

Eskpert əlavə edib ki, insanlar bəzən günlük qəbul olunan su miqdarını yaddan çıxarırlar:

“Günlük orqanizmə lazım olan maye balansını təmin etmək üçün ən azı 7-8 stəkan su içməyə diqqət etmək lazımdır. Mütəmadi olaraq qəbul olunan su maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırır, yazda yaranan yorğunluğu aradan qaldırır. Yerkökü də həddindən artıq çox faydalı tərəvəzdir. Həm enerjili olmaq, həm də orqanizmdə çatmayan vitaminləri bərpa etmək üçün çox işə yarayır. Bu tərəvəz A, E kimi vacib vitaminləri özündə ehtiva edir. 

Bundan əlavə, mütləq şəkildə həkim nəzarəti ilə qanda dəmirin miqdarını yoxlatmaq lazımdır.

Anemiyadan əziyyət çəkən insanlarda yaz aylarında yorğunluq, dəridə quruluq, saçda, dırnaqda qırılmalar müşahidə edilir. Qanı az olan şəxslər həftədə 3 dəfə qırmızı ətdən, qaraciyərdən və qarabaşaqadan istifadə etməlidirlər. Çərəz istehlakı da önəmlidir. Çərəzlər qovrulmuş yox, təbii formada qəbul edilməlidir. Kəskin dəmir azlığı olan insanlar ya qida əlavəsi, ya da hansısa dəmir preparatı qəbul etməlidirlər”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO