Xəbər verdiyimiz kimi, martın 23-24-də Yer kürəsini nəzərəçarpacaq geomaqnit qasırğası bürüyəcək.
Günəş və geomaqnit aktivliyi ilə bağlı proqnozu ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi açıqlayıb.
Belə ki, bu həftə sonu K-indeksi 4 (qırmızı səviyyə) ilə günəş aktivliyi gözlənilir ki, bu da insanlarda diskomfort yarada bilər. Eyni zamanda, belə qasırğalar peyk, GPRS, mobil və ya radio rabitəsinin pozulmasına səbəb ola bilər.
Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın pozulmasından, yuxunun pozulmasından şikayətlənirlər.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
11:00 / 23.03.2024
Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – Ölüm RİSKİ VAR
Hazırda oxunan: Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – Ölüm RİSKİ VAR
Hazırda oxunan: Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – Ölüm RİSKİ VAR
183832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.